BAKI, 15 dekabr — Sputnik. İki gün öncə yağan yağışlardan sonra Bakının bir neçə qəsəbəsində yollar gölməçəyə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, yağışın daha çox zərər verdiyi qəsəbələrdən biri də Yeni Ramana qəsəbəsi olub.
Yağışlı Bakı, keçilməz Bakı - FOTO
© Sputnik / Irade JELIL
Qəsəbə sakinləri deyir ki, yolar təmirsiz, kələ-kötür olduğu üçün qışda keçilməz vəziyyətə düşür. Uşaqlar məktəbə, böyüklər mağazaya, işə getməkdə çətinlik çəkirlər. Yollarda uzunboğaz çəkmə olmadan hərəkət etmək qeyri-mümkün olur. Qəsəbənin küçələrindəki acınacaqlı vəziyyəti özünüz müşahidə edin.