Mədəndə onlarla insan torpağın altında can verdi

Uçqun 17 metr dərinlikdə baş verib. Hadisəyə son zamanlar Konqoda yağan güclü yağışların səbəb olduğu söylənilir
Sputnik

BAKI, 15 dekabr — Sputnik. Konqo Demokratik Respublikasının şimal-şərqində qanunsuz fəaliyyət göstərən qızıl mədənində uçqun baş verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, uçqun nəticəsində 30 nəfər həlak olub. Dağıntılar altında daha neçə nəfərin qaldığı hələlik məlum deyil. 

Uçqun 17 metr dərinlikdə baş verib. Hadisəyə son zamanlar Konqoda yağan güclü yağışların səbəb olduğu söylənilir.

Uçqun altında qalanların xilası və cəsədlərin çıxarılması əməliyyatı davam edir. 

Qeyd edək ki, bu, Konqoda son aylar ərzində baş verən ikinci mədən faciəsidir. Bundan öncə baş verən hadisə də qanunsuz fəaliyyət göstərən mədəndə olmuşdu.