Sayca 69-cu olan “Dünya gözəli” müsabiqəsinin parlaq finalı Londonun ən böyük əyləncə-sərgi mərkəzlərindən birində baş tutub. “Dünya gözəli” titulunun yeni sahibi 23 yaşlı Toni-Enn Sinq olub. Bu, Yamaykanın müsabiqədə qalib gələn ikinci nümayəndəsidir. Onun həmvətəni ilk dəfə bu titulu 1993-cü ildə qazanıb.
Tacı müsabiqənin qalibinə “Dünya gözəli - 2018” müsabiqəsində qalib gəlmiş model Vanessa Ponse de Leon təqdim edib.