Güclü zəlzələ nəticəsində azyaşlı öldü

“Manila Bulletin” qəzetinin yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, zəlzələ nəticəsində 6 yaşlı qız ölüb
Sputnik

BAKI, 15 dekabr — Sputnik. Filippində 6,8 maqnitudalı zəlzələ olub.

ABŞ Geoloji Xidməti təkanların yerli vaxtla saat 06.11 radələrində Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə olduğunu açıqlayıb.

“Manila Bulletin” qəzetinin yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, zəlzələ nəticəsində 6 yaşlı qız ölüb.

Zəlzələ nəticəsində Matanao şəhərində qismən uçan evdə dağıntılar altında qalan azyaşlı vəfat edib. Matanao şəhər meri Vinsent Fernandes bildirib ki, zəlzələ şəhərə ciddi ziyan vurub, iki körpü zədələnib, yerli administrasiyanın binasının yarısı dağılıb.