Dəm qazı qonşuda 106 nəfəri öldürüb

Hesabata əsasən, ən çox ölüm halları Şərqi Azərbaycan vilayətində 13 nəfər, İsfahan vilayətində 12 nəfər və Fars vilayətində 10 nəfər olub
Sputnik

BAKI, 15 dekabr — Sputnik. 23 sentyabrdan 13 dekabradək İranda dəm qazından boğulma nəticəsində 106 nəfər dünyasını dəyişib.

Dörd yüzdən artıq evə qaz verildi

Bu məlumat İranın Təcili Yardım Təşkilatının hesabatında əks olunub.

Hesabata əsasən, qeyd olunan müddətdə 2 328 nəfər dəm qazından boğulub.

Bildirilir ki, Tehran vilayətində 489 nəfər, Rəzəvi Xorasanında 258 nəfər, Fars vilayətində 231 nəfər, Şərqi Azərbaycan vilayətində 184 nəfər dəm qazından boğulub.

Hesabata əsasən, ən çox ölüm halları Şərqi Azərbaycan vilayətində 13 nəfər, İsfahan vilayətində 12 nəfər və Fars vilayətində 10 nəfər olub.

Qeyd olunur ki, 1,7 min nəfər xəstəxana və müalicə mərkəzlərinə çatdırılıb.