TƏHLİL

Genişlənən ABŞ sanksiyaları qarşısında İran nə edəcək – pilotoq şərhi

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, sanksiyaların sərtləşməsi İran iqtisadiyyatına ağır zərbələr vuracaq
Sputnik

ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində məlumat verilib.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, İranın regionda təsirini artırması Qərbin, xüsusən də ABŞ-ın Yaxın Şərq siyasətinə uyğun gəlmirdi: “Buna görə də İrana  bir neçə istiqamətdən həmlələr edilirdi. Hazırda İran iqtisadiyyatı çox zəiflədilib. Sanksiyaların sərtləşməsi İran iqtisadiyyatına ağır zərbələr vuracaq. İranın bu vəziyyətdən yeganə çıxış yolu Avropa ölkələri ilə iqtisadi münasibətlərinin bərpası idi. Hazırkı şəraitdə isə Avropa ölkələri də birbaşa İran iqtisadiyyatının dövriyyəyə daxil olması üçün nəsə edə bilməyəcəklər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz