HADİSƏ

Sabunçu rayonunda ana və qızının meyidi aşkar edilib

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Sabunçu rayonunda ana və qızının meyidi aşkar edilib. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Məlumaat görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.