Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 dekabr - Sputnik. Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib. Həmin cinayətin üstü isə bu günlərəd açılıb.
Belə ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.