BAKI, 14 dekabr — Sputnik. Türkiyədə saxlanılan xarici terrorçuların ölkələrinə geri göndərilməsi davam edir.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 4 nəfər Böyük Britaniya əsilli terrorçu ölkələrinə geri göndərilib.
Xarici terrorçuların ölkədən deportasiya edilməsi prosesi davam edir.