"Bu, Boris üçün böyük qələbədir" - Tramp

Proqnozlara əsasən, indiki seçkidə Mühafizəkarlar partiyası Parlamentdə yerlərin böyük hissəsini qazanacaq
Sputnik

BAKI, 13 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Boris Consonu Parlamentdəki qələbəsi münasibətilə təbrik edib.

"Bu, Boris üçün Böyük Britaniyada böyük qələbə kimi görünür", - deyə Amerika lideri sosial şəbəkədə yazıb.

​Proqnozlara əsasən, indiki seçkidə Mühafizəkarlar partiyası Parlamentdə yerlərin böyük hissəsini qazanacaq.