HADİSƏ

Bakıda ağac bahalı avtomobillərin üzərinə aşdı – VİDEO

Nəticədə, “Mercedes-Benz Gle”, “Toyota Camry” və “Mercedes-Benz ML” markalı son model avtomobillərə ziyan dəyib
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib.

Sputnik Azərbaycan yerli mətbuata istinadla xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib.

Böyük ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə aşıb. Nəticədə, “Mercedes-Benz Gle”, “Toyota Camry” və “Mercedes-Benz ML” markalı son model avtomobillərə ziyan dəyib.

Məlumata görə, avtomobillərdən birinin sahibinin bu axşam toy mərasimidir.