Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, Ağ Evin mövqeyini əks etdirmir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib.
O qeyd edib ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: "Nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik".
Xatırladaq ki, ötən gün ABŞ Senatı qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib.