Yeniliklərin təşəbbüskarlarının fikrincə, ilk növbədə dəyişikliklər bərabər və şəffaf maliyyə siyasətini quraraq sağlam rəqabət yaratmaq məqsədi daşıyır. Bundan əlavə, dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsinə, habelə sahibkarların inzibati və vergi yükünün azaldılmasına, vergi bazasının genişləndirilməsinə yönəlib.
Dekabrın 13-də, saat 11:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev sözügedən dəyişikliklərin nədən ibarət olduğunu izah edəcək.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.