Qızlar yataqxanasında kütləvi zəhərlənmə - Yüzdən çox tələbə xəstəxanalıq oldu

Hazırda 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur, 5 tələbə isə reanimasiyaya yerləşdirilib
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda qızların qaldığı yataqxanada qalan 103 tələbə zəhərlənərək xəstəxanalara yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "TRTHaber"-ə istinadən xəbər verir.

Məlumata əsasən, tələbələr dəm qazından (korbonmonoksit) zəhərləniblər.

Çorum vilayətinin valisi Mustafa Çiftçi bildirib ki, hazırda 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur, 5 tələbə isə reanimasiyaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə baş verən zaman universitetin yataqxanasında 104 tələbə qalırmış.