HADİSƏ

Ana iki övladını atıb qaçdı – Sevdiyi kişi ilə

Qadının evdən qaçması ilə bağlı onun yaxınları tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Kürdəmir rayonunda iki uşaq anası evdən qaçıb.

Bakıda yeni növ polis fəaliyyət göstərəcək

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Leyla Həsənova 2 azyaşlı uşağını evdə qoyaraq qaçıb. Onun nəyə görə və ya kiminlə qaçması barədə hələlik məlumat yoxdur.

Qadının evdən qaçması ilə bağlı onun yaxınları tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub. İlkin ehtimala görə, L.Həsənova sevdiyi kişi ilə qaçıb.

Qeyd edək ki, L.Həsənovanın əri Vasif Asif oğlu Həsənov Gürcüstan Respublikasında həbsdədir.

Faktla bağlı araşdırma aparılır.