QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya XİN: Qarabağla bağlı konstruktiv dialoq üçün əlimizdən gələni edəcəyik

Rusiya olaraq artıq həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçi olaraq bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almayıb.

"Danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdiddir" - Məmmədyarov
  Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu ayın əvvəlində Bratislavada ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün yekunları barədə danışarkən bildirib.

"Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Zaxarova qeyd edib ki, Rusiya olaraq artıq həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçi olaraq bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik: "Dialoq konstruktiv şəkildə davam etdirilməsi və tərəflər qarşılıqlı məqbul həllə yoluna nail olmaları üçün əlimizdən gələnə edəcəyik".