Ərdoğan NATO sammiti barədə Putinə nə deyib

Türkiyə prezidenti rusiyalı həmkarını NATO-nun Londonda baş tutan sammiti çərçivəsində həyata keçirdiyi görüşlər barədə məlumatlandırıb
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı həyata keçirib.

Türkiyə NATO-ya ultimatum verdi

Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Türkiyə və Rusiya ikitərəfli məsələlərlə yanaşı, Suriya və Liviyadakı vəziyyəti də müzakirə edib.

Kremlin məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin istəyi ilə həyata keçirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə prezidenti rusiyalı həmkarını NATO-nun Londonda baş tutan sammiti çərçivəsində həyata keçirdiyi görüşlər barədə məlumatlandırıb.