Sürpriz olmadı, o, yenə dünyanın ən nüfuzlu qadını seçildi

Birləşmiş Ştatlar prezidentinin qızı və müşaviri İvanka Tramp isə sözügedən siyahıda 42-ci yeri tutub.
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Almaniya Kansleri Angela Merkel bir il əvvəl olduğu kimi 2019-cu ildə də "Forbes" jurnalına görə dünyanın ən nüfuzlu qadını seçilib. Bu barədə Sputnik Azərbaycan "Forbes" nəşrinin saytına istinadən xəbər verir.

Angela Merkelin pullarını saydılar

İkinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qərarlaşıb.

Nəşr xatırladır ki, 9 ildir ki, siyahıda ilk pilləni tutan Merkel Avropada miqrantların əleyhinə əhval-ruhiyyə ilə mübarizə etməyə davam edir. Pelosi isə öz növbəsində ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun ilham mənbəyidir.

Birləşmiş Ştatlar prezidentinin qızı və müşaviri İvanka Tramp isə siyahıda 42-ci yeri tutub.

Dünyanın ən nüfuzlu 100 qadının siyahısı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.