SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Davudoğlu Ərdoğana son zərbəni vurdu

Əhməd Davudoğlu sabah Bakı vaxtı ilə saat 13:00-da mətbuat konfransı keçirərək yeni partiyanın yaradıldığını elan edəcək
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Türkiyənin sabiq Baş və Xarici İşlər naziri Əhməd Davudoğlu bu gün günorta saatlarında ölkənin Daxili İşlər Nazirliyinə gələrək partiya yaratmaq barədə sənədlərini təqdim edib. Bu barədə Sputnik Azərbaycan "Sözcü" nəşrinə istinadən xəbər verir.

Ümumilikdə nazirliyə gələn heyətdə Davudoğludan başqa dörd nəfər də olub.

Əhməd Davudoğlu sabah Bakı vaxtı ilə saat 13:00-da mətbuat konfransı keçirərək yeni partiyanın yaradıldığını elan edəcək.

İlkin məlumatlara görə, Əhməd Davudoğlunun partiyasının adı "Gələcək", emblemi isə yaşıl rəngdə çinar yarpağı olacaq.