Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 dekabr — Sputnik. Üç yaşlı uşağın əli ətçəkən maşında qalıb.
Hadisə Xaçmaz şəhərində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 2016-cı il təvəllüdlü Toğrul Ramil oğlu Pərdiyevin əli ətçəkən maşında qalıb. Körpənin valideynləri dərhal uşağı Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar. FHN-in xilasedici əməkdaşlarının səyi nəticəsində uşağın əli ətçəkən maşından çıxarılıb.
Uşağın vəziyyəti ağır olduğundan həkim müşayiəti ilə Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb.
Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir.
Ötən ay isə valideyn diqqətsizliyi səbəbindən Binə südçülük sovxozunda 2 uşaq yanıq xəsarətləri alıb. Noyabrın 21-də üzərlərinə qaynar su aşan 3 yaşlı oğlan və 5 yaşlı qıza 5 saylı Xəstəxananın Yanıq şöbəsində aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar.