CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki üstəgəl bir on səkkiz edir: festivalda sübut etdilər - FOTO

Xalq artisti Azərpaşa Nemətov: "Azərbaycan Teatr Xadimləri İttifaqı o vaxtlar teatrlara böyük dəstək olub, onları tənəzzülə uğramaqdan qoruyub"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan "2+1" III Eksperimental Teatr Festivalının bağlanış mərasimi baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Xalq artisti Hacı İsmayılov çıxış edərək festival barədə məlumat verib. Bildirib ki, Abbas Mirzə Şərifzadə adına Aktyor Evində baş tutan festival doqquz gün davam edib və bu günlər ərzində bir-birindən maraqlı 18 tamaşa oynanılıb.

İki üstəgəl bir on səkkiz edir: festivalda sübut etdilər - FOTO

Qeyd edib ki, festival çağdaş dövrümüzdə teatrların necə inkişaf etməsini, yeni düşüncə tərzini, yeni formaların səhnəyə gəlişini tamaşaçılara çatdırmaq məqsədi daşıyır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov da çıxış edərək bildirib ki, ölkəmizdə belə festivalı keçirməklə bir addım irəli getmiş oluruq. Bununla kifayətlənməyib tamaşalarımızı beynəlxalq festivallarda təbliğ etməklə yanaşı, xarici teatrları da ölkəmizə dəvət etməliyik.

İki üstəgəl bir on səkkiz edir: festivalda sübut etdilər - FOTO

Ötən əsrin 90-cı illərinin Azərbaycan teatrı üçün çətin bir dövrün olduğunu deyən A.Nemətov deyib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı o vaxtlar teatrlara böyük dəstək olub, onları tənəzzülə uğramaqdan qoruyub. Qeyd edib ki, dövlət başçımızın müvafiq sərəncamları ilə teatrlarımız təmir olunub, onların maddi-texniki bazası möhkəmləndirilib.

Sonra Gəncə Dövlət Kukla Teatrı "Düyməcik", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Boksçu", Ağdam Dövlət Dram Teatrı "Kimdir müqəssir", Qusar Dövlət Ləzgi Dram Teatrı "Üç gün, üç gecə", Bakı Uşaq Teatrı "Ballı" tamaşalarına görə fəxri diplomlarla təltif olunub.

Qeyd edək ki, diplom alanlar sırasında özəl teatrlar da olub.