Möhtəşəm ulduz yağışı olacaq

Hava şəraiti imkan verərsə, saat 18.00-20.00 arası bu təbiət möcüzəsini müşahidə etmək mümkün olacaq.
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Dekabrın 13-dən 14-nə keçən gecə Heminid meteor yağışının pik həddi olacağı gözlənilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu 2019-cu ilin ən böyük və ən yadda qalan meteor yağışı olacaq.

Hava şəraiti imkan verərsə, saat 18.00-20.00 arası bu təbiət möcüzəsini müşahidə etmək mümkün olacaq.

Kanada Yayım Korporasiyası ulduzlu səmanı izləmək həvəsində olanlara gözlərinin qaranlığa öyrənməsi üçün yarımsaat müddətində ələ telefon götürməməyi və mümkünsə işıq çirkliliyindən uzaq durmağı məsləhət görüb.