QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beynəlxalq təşkilatlar artıq Ermənistanın yalanlarına inanmırlar - İcma sədri

Tural Gəncəliyev vurğulayıb ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bundan sonra da fəaliyyətini intensivləşdirəcək.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 dekabr - Sputnik. Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq beynəlxalq səfərləri intensivləşdirmişik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev mətbuat konfransında bildirib.

Dağlıq Qarabağın azərbaycanlı icması Lavrovun bəyanatına münasibət bildirdi

İcma sədri vurğulayıb ki, İcmanın fəaliyyətinin daha da çox tanıdılmasına ehtiyac var.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar artıq Ermənistanın yalanlarına inanmır və onları qeyri-ciddi qəbul edirlər.

Tural Gəncəliyev vurğulayıb ki, Qarabağ İcması bundan sonra da fəaliyyətini intensivləşdirəcək.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev isə bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsini həll edən bir qurum deyil, lakin bu qurumun münaqişənin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur.

Rəsmi Bakı Paşinyanın Dağlıq Qarabağa gəlməsinə münasibət bildirib

BMTM sədri vurğulayıb ki, əsas məsələ bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: "Hazırda Avropa Komissiyası yenidən formalaşmaqdadır. Avropa Komissiyası Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri, Ermənistanın Baş Naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi "Miatsum" bəyanatını pisləyir".

Fərid Şəfiyev qeyd edib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çalışır: "Avropa Komissiyası də münaqişənin həllində iştirak etmir. Onlar sadəcə müəyyən layihələrə dəstək verə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir".