CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanğın səbəbindən yollar bağlandı

DYP-nin Ekologiya Postu ilə üzbəüz yerləşən "Eurohome" tikinti materialları bazarında səhər saatlarında güclü yanğın başlayıb
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

Qeyd edək ki, DYP-nin Ekologiya Postu ilə üzbəüz yerləşən "Eurohome" tikinti materialları bazarında səhər saatlarında güclü yanğın başlayıb.