RUSİYA

Putin: WADA-nın qərarı Olimpiya xartiyasına ziddir

Rusiya Prezidenti Vladimir Putin Dünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançıları ilə bağlı verdiyi qərara münasibət bildirib.
Sputnik

Daha öncə agentliyin İcra Komitəsi Rusiyaya qarşı sanksiya tətbiq etmək və Rusiyanın Antidopinq Agentliyini (RUSADA) uyğunluq statusundan məhrum etmək qərarını verib. Rusiya idmançıları dörd il ərzində Olimpiya Oyunları da daxil olmaqla, iri beynəlxalq yarışlarda iştirak edə bilməyəcəklər. Yalnız “təmiz” idmançılar qatıla biləcək ki, o da neytral status altında.