Çexiyada xəstəxanada dəhşət: Ölənlər və yaralılar var

Hazırda polis hadisəni törədən şəxsi axtarır. Onun boyunun 180 santimetr olduğu bildirilir. Naməlum şəxs hadisəni törədərkən qırmızı gödəkçədə olub
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Çexiyada naməlum şəxs xəstəxananın palatalarından birində atəş açıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Ostrava şəhərində baş verib.

Çexiyanın Baş Nazirinin müavini və Daxili İşlər naziri Yan Hamaçek bildirib ki, atışma nəticəsində 6 nəfər ölüb. Yaralıların sayı dəqiq deyil.

Hazırda polis hadisəni törədən şəxsi axtarır. Onun boyunun 180 santimetr olduğu bildirilir. Naməlum şəxs hadisəni törədərkən qırmızı gödəkçədə olub.