CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iri tikinti bazarı yanır - VİDEO

"Eurohome" tikinti bazarında səhər saatlarından etibarən güclü yanğın başlayıb. Ətrafı qatı tüstü bürüyüb
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda yerləşən tikinti bazarı yanır.

Sputnik Azərbaycan bildirir ki, "Eurohome" tikinti bazarında səhər saatlarından etibarən güclü yanğın başlayıb.

Ətrafı qatı tüstü bürüyüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri və 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Bakıdan Sumqayıta və Xırdalana gedən və gələn yollarda güclü tıxac müşahidə olunur.