Təl-Əvivdən Tehrana ard-arda iki xəbərdarlıq – Suriya sizin Vyetnamınız olacaq

İsrailin Xarici işlər naziri İsrail Katz İranı xəbərdarlıq edərək bildirib ki, ölkəsi Tehrana qarşı hərbi əməliyyat imkanını nəzərdən keçirir
Sputnik

BAKI, 9 dekabr — Sputnik. İsrailin Müdafiə naziri Naftali Bennett İrana Suriyada hərbi mövcudluğunu dayandırmağı məsləhət görüb. O, qeyd edib ki, İsrail İrana mane olmaq üçün yorulmadan işləyəcək. Sputnik Azərbaycan bu barədə İsrailin "Haaretz" nəşrinə istinadən xəbər verir.

İranla yeni nüvə sazişi imzalana bilərmi – politoloq danışır

"Heç kimə sirr deyil ki, İran bizim ölkəmizin ətrafında alov dairəsi yaratmağa cəhd edir – onlar artıq Livandadırlar və Suriya, Qəza zolağı və digər yerlərdə möhkəmlənməyə çalışıblar. Biz İrana deyirik: Suriya sizin Vyetnamınız olacaq" – deyə Naftali Bennett Tehranı hədələyib.

Qeyd edək ki, daha əvvəl İsrailin Xarici işlər naziri İsrail Katz İranı xəbərdarlıq edərək bildirib ki, ölkəsi Tehrana qarşı hərbi əməliyyat imkanını nəzərdən keçirir: "Biz İrana nüvə silahı hazırlamağa və əldə etməyə imkan verməyəcəyik. Əgər bu (hərbi əməliyyat) İranı saxlamaq üçün son imkan olsa, onda biz bu planı işə salacağıq".