CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaşlara işgəncə verilməsi ilə bağlı araşdırmalar nəzarətə götürülüb

Yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər Prokurorluğuna tapşırılıb.
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər Prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.