Yüz minlik iş - tələb sadəcə yatmaqdır

Aylıq 2 min 365 manat pul təklif edilən iş üçün sənəd verən namizədlər başlarını yastığa qoyduqdan sonra 10-20 dəqiqə ərzində yata bilməlidirlər
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Hindistanda aylıq 100 min rupi (2 min 365 manat) maaşla iş təklif olunur, tələb isə 9 saat yatmaqdır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hindistanın 'Wakefit' şirkəti belə şəxsləri axtarır. Şirkətin rəhbəri Çaitanya Ramalinqegovda belə bir işi reallaşdırmasının məqsədini açıqlayıb. O bildirib ki, ideal yuxu ilə bağlı bəzi məlumatları müəyyənləşdirməyə çalışır.

Namizədlər isə başlarını yastığa qoyduqdan sonra 10-20 dəqiqə ərzində yata biləcək şəxslər olmalıdır.

Bundan başqa, yuxunun insan səhhətinə təsiri ilə bağlı məlumatlı olan, fərdi yuxu qaydalarına qarşı diqqətli olan, yuxu ilə bağlı müəyyən təhlillər apara bilən şəxslərə də üstünlük veriləcək.