Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq

Filippin Prezidenti Rodriqo Duterte növbəti dövlət başçısı seçkilərinə qatılmayacaq. Bunu Duterte özü bildirib.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq. AZƏRTAC xəbər verir ki, bu barədə “The Manila Times” qəzeti məlumat yayıb.

Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Növbəti Prezident ölkənin Bikol regionundan seçiləcək. Sizin Coui Salseda ilə Fransis Eskudero arasında seçmək imkanınız olacaq”.

Məlumat üçün bildirək ki, sabiq senator F.Eskudero hazırda Sorsoqon əyalətinin qubernatorudur. C.Salseda isə Filippin nümayəndələr palatasında Albay əyalətini təmsil edir.

Növbəti seçkilərdə namizədləyini irəli sürməyəcəyini qeyd edən R.Duterte deyib ki, hazırda Davao şəhərinin meri olan qızı Sara Duterte-Karpio da seçkilərdə iştirak etmək istəmir.