İlin ən çox qazanan müğənniləri onlar oldu

2019-cu ildə o, büdcəsini 185 milyon dollar həcmində artıra bilib. Buna səbəb reklam müqavilələri və qastrol turları olub
Sputnik

BAKI, 7 dekabr — Sputnik. "Forbes" jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin illik reytinq cədvəlini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ilk yeri amerikalı müğənni Teylor Svift tutub. 2019-cu ildə o, büdcəsini 185 milyon dollar həcmində artıra bilib. Buna səbəb reklam müqavilələri və qastrol turları olub.

İkinci pillədə isə 150 milyon qazancla reper Kanye Uest yer alıb. Üçüncü yerdə birtaniyalı Ed Şiran (110 milyon), daha sonra "The Eagles" (100 milyon), Elton Con (84 milyon), Jay-Z və Beyonce (81 milyon) qərarlaşıblar.