BAKI, 7 dekabr — Sputnik. Müğənni Niyam Salami sosial şəbəkədə video paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni ötən gün Masallıya səfəri zamanı insanları narahat edən problemi çəkərək öz "Instagram" profilində yayıb. Videoda sözügedən rayonun baxımsız və uçulub-dağılan yolları əks olunub. Müğənni videoya "həmişə Masallıya gələndə tək mənim yox, hamının kefi pozulur. Ölüm-itim dünyasıdır. Yeyəndə bir tərəfdən rəhmət də qazanmaq lazımdır" fikirlərini əlavə edib.
Qeyd edək ki, müğənni Niyam Salami əslən Masallı rayonundandır və oraya anasının yas mərasiminə gedib.