RUSİYA

Teleaparıcı müğənninin ağzından çıxardığını öz üzərində yoxladı - VİDEO

Efir zamanı Kridin sözləri tələffüz edərkən çaşması aparıcının diqqətindən qaçmayıb. Bundan sonra müğənni ağzındakı qrilzi çıxardıb, verilişin aparıcısı İvan Urqanta verir
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Müğənni və rep ifaçısı Yeqor Krid "Veçerniy Urqant" verilişinə üzərində brilyantlar olan ağ qızıldan qrilz (dişlik - red.) taxıb gəlib. Sputnik Azərbaycan xəbər verir ki, verilişin görüntüləri "YouTube"da yerləşdirilib.

Efir zamanı Kridin sözləri yanlış tələffüz etməsi aparıcının diqqətindən qaçmayıb. Bundan sonra müğənni ağzındakı qrilzi çıxardıb, verilişin aparıcısı İvan Urqanta verib. Sonuncu isə öz növbəsində bu qrilzi özü taxıb.