RUSİYA

Türkiyə lideri Rusiyaya dəvət edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub.
Sputnik

BAKI, 7 dekabr - Sputnik. Rusiyanın Türkiyədəki səfirliyi 2020-ci ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət məktubu göndərib.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti səfirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Türkiyə Prezidentinə ünvanlanan dəvətnamə müəyyən edilmiş qaydada təhvil verilib. Qərarı gözləyirik”, - deyə, səfirlikdən bildirilib.

Türkiyə prezidentinin administrasiyası və bu ölkənin Moskvadakı səfirliyi dərc olunan xəbərə münasibət bildirməyib.