CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd yüzdən artıq evə qaz verildi

Kəndlərdə bir pilləli sistem əsasında ümumilikdə 28215,86 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Bu gün Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərinə mavi yanacaq verilib. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qeyd olunub ki, Qurudərə kəndində 198, Sarıköynək kəndində isə 211 fərdi yaşayış evi qazla təmin olunub. Kəndlərdə bir pilləli sistem əsasında ümumilikdə 28215,86 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Hər iki kənddə 409 evdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.