Mətbuat mərkəzi

Yeni parlamentdə kimlər təmsil olunmalıdır – politoloq rəyi

Politoloq Nadir Şəfiyev deyir ki, deputatların içində xalq arasında parlamentin nüfuzunu aşağı salan, real olaraq öz səlahiyyətlərindən istifadə etməyə çəkinənlər var idi
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanda Milli Məclisin buraxılması və yeni seçiləcək parlament üzvlərindən gözləntilər mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən politoloq Nadir Şəfiyev bildirib ki, yaşından asılı olmayaraq, yeni parlament üzvləri savadı və bacarığı sayəsində Milli Məclisdə təmsil olunarsa, bu xalqın da istədiyi parlament olacaq:

“Deputatların fəaliyyətində problemlər olsa da, onların işlərini düzgün yerinə yetirdiyini düşünürəm. Ancaq o deputatların içində xalq arasında parlamentin nüfuzunu aşağı salan, real olaraq öz səlahiyyətlərindən istifadə etməyə çəkinənlər də var idi.  Yeni parlament üzvlərinin mütləq şəkildə gənc olması şərt deyil”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz