CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığagötürmə qaydalarından xoşunuz gəlmirsə, təklifinizi verin

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları" layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin saytında yerləşdirilib.
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları" layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar http://sosial.gov.az/uploads/images/image_750x_5ddf6750e85de.pdf linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini ogss@sosial.gov.az ünvanına göndərə bilərlər.