İranda toyda partlayış: On bir nəfər öldü

Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Cümə axşamı İranın qərbində Kürdüstan əyalətinin Sakkez şəhərində toy mərasimi zamanı partlayış baş verib.

Sputnik Azərbaycan İran KİV-nə istinadla xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla, 11 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, partlayışa səbəb qaz sızması olub.

Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.