MƏDƏNİYYƏT

Murad Arif "Avroviziya"ya getmək istəyir

Bugünkü konsertimdən sonra, Avroviziya 2020 üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Mən buna hazıram.
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Bəstəkar - müğənni Murad Arif "Eurovision"a getmək istədiyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu haqda öz "Instagram" profilində yazıb. Ötən gün şəhər klublarından birində konsert verdikdən sonra Murad namizədliyini irəli sürdüyünü vurğulayıb: "Bugünkü konsertimdən sonra, bəyan etmək istəyirəm və hər birinizdən bu bəyanata dəstək gözləyirəm. Avroviziya 2020 üçün namizədliyimi rəsmi olaraq təklif edirəm! Mən buna hazıram! Mən bunu arzulayıram!"

Qeyd edək ki, tanınmış müğənni "Oppalara", "Mənə sən lazımsan", "Qızım", "Həyat yoldaşımsan" hit mahnılarının müəllifi və ifaçısıdır. O həmçinin tanınmış teleaparıcı Könül Arifqızının qardaşıdır.