CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qurumun səlahiyyəti başqa nazirliyə verildi

Baş Nazirin qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Nazirlər Kabineti "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"na əlavə olunsun. Belə ki, "Elektron anketin forması"nın 18-ci hissəsində "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilib. Qeyd edək ki, 18-ci hissə uşağın himayədə və ya qəyyumluqda olması ilə bağlıdır. Bildirilir ki, uşaq valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olubsa, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix, övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanında olur. Baş Nazirin qərarına görə, bu səlahiyyət Komitədən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.