Prezident Maliyyə nazirinə kredit götürməyi qadağan etdi

Belarus Prezidenti eyni zamanda ölkəsinin Rusiyadan heç bir kredit istəmədiyini də xüsusi ilə diqqətə çatdırıb
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk Rusiyadan kredit istəmir və ölkənin Maliyyə Nazirliyinə Avrasiya Sabitlik və İnkişaf Fondu Bankından 200 milyon dollar kreditin son tranşını götürməyi qadağan edib.

Sputnik Azərbaycan "RİA Novosti"yə xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko altıncı və yeddinci çağırış Belarus parlamentarilərinə müraciətində bildirib.

"Artıq Avrasiya Bankının son tranşı barədə danışmışıq. Mən Maliyyə nazirinə şəxsən onları götürməyi qadağan etmişəm", - deyə Lukaşenko vurğulayıb.

Belarus Prezidenti eyni zamanda ölkəsinin Rusiyadan heç bir kredit istəmədiyini də xüsusi ilə diqqətə çatdırıb.