MƏDƏNİYYƏT

Məşhur aktrisadan fərqli addım - FOTO

"Bu cür gözəl, yaradıcı, şən gənc xanımlarla tanış olduğuma görə xoşbəxtəm. Sevincliyəm həm də ona görə ki, bu xanımların sayəsində gələcəyə inamım artıb"
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Ulduz aktrisa Natali Portman maraqlı sosial layihədə iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda öz "Instagram" profilində məlumat paylaşıb. Belə ki, N.Portman beynəlxalq "Təşəkkür günü"nü Keniyada qeyd edib. O, gənc qızlarla birlikdə yeni binanın tikintisində də iştirak edib: "Bu cür gözəl, yaradıcı, şən gənc xanımlarla tanış olduğuma görə xoşbəxtəm. Sevincliyəm həm də ona görə ki, bu xanımların sayəsində gələcəyə inamım artıb".

Qeyd edək ki, Natali Portman zaman-zaman bir neçə sosial layihələrdə iştirak edib. O, Uqanda, Qvatemala və Ekvadorda kasıb ailələrə mikrokreditlər ayırıb. Aktrisa həmçinin heyvanların hüquqlarının sərt şəkildə qorunması ilə məşğuldur. Natali Portman 8 yaşından vegetariandır.