“Lavrovun Bakıya səfəri əldə olunmuş razılaşmaların institusional səviyyədə formalaşdırılması məqsədini daşıyır”. Bunu Sputnik Azərbaycan-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, bu səfər ikitərəfli münasibətlərin inkişaf perspevtivlərinin daha aydın şəkildə müəyyənləşdirilməsini ehtiva edir: “Azərbaycan-Rusiya münasibətlərin gündəliyi çoxşaxəlidir. Bizim üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya fəal şəkildə iştirak edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən idealar irəli sürüb, ancaq onların reallaşmasında əngəllər var”.
Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz