RUSİYA

NATO sammiti: Türkiyə, Rusiya, Çin və pul məsələsi

Vladimir Yevseyev, MDB ölkələri İnstitutunun Avrasiya inteqrasiyası və ŞƏT-in inkişafı şöbəsinin müdiri, hərbi ekspert Sputnik üçün
Sputnik

Türkiyə problemi üzrə daxili fikir ayrılıqlarının güclənməsi, Rusiya və Çinlə münasibətlərin qurulması, hərbi xərclərin səviyyəsi, alyansın daha da genişləndiirlməsi və onun müxtəlif missiyalarda, ilk növbədə Əfqanıstanda iştirakı dekabrın 4-də Böyük Britaniyada keçirilmiş NATO-nun yubiley sammitinin əsas mövzuları olub.

Makron və NATO

Müzakirə olunan problemlərə gərginliyi Fransa prezidenti Emanuel Makron əlavə edib. Əvvəlcə o, The Economist jurnalına müsahibəsində bəyan edib ki, “təşkilat (NATO) müttəfiqlər arasındakı koordinasiyanı tamamilə itirib, bunu isə “beyin ölümü” kimi xarakterizə etmək olar. Bu, ABŞ Prezidenti Donald Tramp, AFR kansleri Andela Merkel və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və təbii ki, alyansına baş katibi Yens Stoltenberq tərəfindən tərəfindən mənfi qarşılanıb. Onlar bəyan ediblər ki, bu cür sərt qiymətləndirməni bölüşmürlər, düzdür, əvvəllər Trampın özü NATO-nu köhnəlmiş institut adlandırıb.

NATO sammiti: Türkiyə, Rusiya, Çin və pul məsələsi

Konkret olaraq Ankarada Makronun “Türkiyə Suriyanın şimalında “Sülh bulağı” hərbi əməliyyatına başladıqdan sonra NATO-nun dəstəyini ala bilməz” sözləri daha çox hiddətə səbəb olub. Bu mövzu ilə bağlı Ərdoğan “Türkiyənin suverenliyinə hörmət etməyi” məsləhət görüb.

NATO və Türkiyə

Qeyd etmək lazımdır ki, NATO daxilində Türkiyəyə həmişə ehtiyatlı münasibət olub. Bu, o cümlədən alyansın digər üzv dövləti olan Yunanıstanla qarşıdurmaya görədir. Ankara bir sıra hallarda təşkilata üzv olan dövlətlərin birgə fəaliyyətinə mane olub, məsələn, 2003-cü ildə İraqda Səddam Hüseynə qarşı. Onda Ankara beynəlxalq koalisiyanın qüvvələrinə öz ərazisindən istifadə etməyi qadağan etdi.

Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Suriya böhranı bu problemi lap dərinləşdirdi. Belə ki, hələ 2012-ci ildə Türkiyə öz ərazisini Suriya raket təhlükəsindən qorumaq üçün Kollektiv müdafiə barədə Şimali Atlantika müqaviləsinin 5-ci bəndini işə salmağı tələb edib. ABŞ, Almaniya və Niderland Türkiyədə Patriot zenit raket sistemlərini yerləşdirməyə məcbur oldular. 2015-ci ildə bu sistemlər ölkədən çıxarılıb (Ankaranın təkidli tələblərinə baxmayaraq).

İndi ABŞ Türkiyədən 50 taktiki nüvə döyüş başlıqlarını çıxarmaq məsələsini nəzərdən keçirir (onların hamısı hələ də İncirlik hərbi-hava bazasındadır). Amerikalılar həmçinin Ankaranın Rusiyadan S-400 ZRK-nı almasına mane ola bilmədilər.

“Sülh bulağı” əməliyyatına başlamaqla Türkiyə ABŞ-ı Suriyadan öz qoşunlarını çıxarmağa məcbur etdi. Bu, Vaşinqtonun kürdyönümlü “Demokratik Suriya Qüvvələri”nin rəhbərliyi ilə münasibətlərini ciddi surətdə korladı. Əlbəttə, amerikalılar Suriya kürdlərini silah-sursatla təchiz etməyə və Deyr-əz-Zor əyalətinin şərqində SDQ ilə əməkdaşlığa davam edirlər. Lakin onların Suriyadakı təsir dairəsi ciddi azalıb və amerikalıların fikrincə, buna görə türk tərəfi məsuliyyət daşıyır.

Bundan əlavə, sammit ərəfəsində Prezident Ərdoğan alyans rəhbərliyinə təzyiq göstərdi. Türkiyənin təşkilatdakı nümayəndəsi Baltika ölkələri və Polşanın müdafiəsi üzrə planı bloklayaraq kürd silahlı dəstələrini terrorçu təşkilat saymağı tələb etdi.

NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?

Düzdür, sammitin nəticələrinə görə Baltika və Polşanın müdafiəsi planı razılaşdırıldı – Türkiyəni və kürdləri ayrıca müzakirə etmək qərarı verildi.

NATO-nun hərbi xərcləri barədə

Yubiley sammitində hərbi xərclərinin səviyyəsi də qızğın diskussiyaya səbəb oldu. Donald Tramp vurğuladı ki, məhz ABŞ NATO-nun saxlanılması üzrə əsas yükü daşıyırlar. Belə ki, əgər onun ölkəsində hərbi xərclər ÜDM-in 3,4%-sə, Almaniya və Fransada 1,2%-dir. Bir müddətdən sonra alyans üzvü olan dövlətlər söz verilmiş 2%-ə çıxmağı planlaşdırırlar, lakin Avropa dövlətlərinin rəhbərliyi vurğuladılar ki, daxili sabitliklə risk edə bilməzlər, xüsusən də Yaxın Şərq və Şimali Afrikadan mühacir axınının davam etdiyi şəraitdə. Sosial öhdəliklərin yerinə yetirilməməsi artıq Fransada kütləvi etiraz aksiyalarına səbəb olub. Paralel olaraq Avropa öz ordusunun yaradılmasını müzakirə edir.

NATO müdafiə xərclərini artırır: Bəs Rusiya silahlanma yarışına qoşulacaqmı?

Lakin yekun olaraq plan kimi qəbul edildi ki, 2020-ci ildə NATO ölkələrinin ümumi müdafiə xərcləri 130 milyard, 2024-cü ildə isə 400 milyard (2016-cı illə müqayisədə) artacaq. Yəni, alyans ölkələrinin ümumi hərbi xərcləri gələn il 1,4 milyarda çatacaq.

Çin, Rusiya və silahlanmaya nəzarət

Avropada, xüsusilə də Almaniyada müşahidə olunan müqavimət ABŞ-ın ortamənzilli raketləri yerləşdirmnato*qək planını ləngidir. Qeyd edək ki, Vaşinqtonun bu planı onun ortamənzilli və qısamənzilli raketlərin məhvinə dair sazişdən çıxmasından sonra mümkün olub. Tramp isə sammit zamanı söz verib ki, bu sahədə yeni sazişin imzalanması üçün Moskva ilə konsultasiyalara başlayacaq.

Ümumilikdə NATO daxilində Rusiya ilə münasibətlərlə bağlı fikir ayrılığı böyüməkdədir. Şərqi və Mərkəzi Avropa ölkələri əsasən Moskvadan çəkinirlər və öz təhlükəsizliklərinin təminatını tələb edirlər (bunu ən çox Baltikyanı ölkələr və Polşa edirlər). Lakin digər ölkələr, o cümlədən Fransa, Almaniya və İtaliya hərbi gərginliyin azaldılmasında və Rusiya ilə tərəfdaş münasibətlərin qurulmasında maraqlıdırlar.

NATO sammiti: Türkiyə, Rusiya, Çin və pul məsələsi

Gözlənilmədən bu mövqeni ABŞ Prezidenti Tramp və NATO rəhbəri Stoltenberq də dəstəkləyiblər. “O, (Rusiya – red.) NATO-nun ən böyük qonşusudur və belə də qalacaq. Dialoqu Moskvanın qarşısının alınması ilə uyğunlaşdırmaq vacibdir”, - alyansın baş katibi deyib.

Sammit zamanı ilk dəfə olaraq Çini NATO üçün potensial problem adlandırılıb. Stoltenberq qeyd edib ki, ÇXR-in yüksəlməsi həm problemlər, həm də yeni imkanlar yaradır.

“Çin yeni hərbi imkanlara fəal şəkildə investisiyalar qoyur və bu gün ABŞ-dan sonra dünyada ikinci ən böyük hərbi büdcəyə sahibdir. Bu yaxınlarda bu ölkə yeni hərbi imkanlar, o cümlədən yeni nüvə silahları əldə edib. Biz bütün bunlara birlikdə cavab verməliyik”, - o deyib.

Başqa nəyi qeyd etmək olar? Əlbəttə ki, ABŞ ümumilikdə NATO üzərində nəzarəti saxlayır. Alyansa Şimali Makedoniyanın qoşulması prosesi də uğurla davam edir. NATO ölkələri həmçinin kosmosu alyansın əməliyyat fəaliyyəti üçün beşinci nüfuz dairəsi kimi təsdiqləyiblər, kiberhücumlar və hibrid təhdidlərlə mübarizə üçün texnoloji potensialı artırmaq niyyətindədirlər.