CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda meyiti tapılan gənc qadının ölüm səbəbi açıqlanıb

Abşeron Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Abşeron rayonunda 25 yaşlı qadının meyiti yaşadığı mənzildə aşkartlanıb. Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb.

Abşeron Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.