QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Görüşün əsas mövzusu ATƏT məkanında münaqişələrin - Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, nazirlərin toplantısı "Xalqlar naminə, dialoq və sabitlik üçün" şüarı altında keçiriləcək.

Görüşün əsas mövzusu ATƏT məkanında münaqişələrin - Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.