CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vilayət Eyvazovdan yeni təyinat

Rüstəm Cəfərov bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Qeyd edilib ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib. Rüstəm Cəfərov bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib.