SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?

Yerevanda baş tutan görüş zamanı Ermənistan Baş naziri Xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son durumu müzakirə ediblər
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Masis Mailyanla görüş keçirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Avropada önəmli görüş – Azərbaycan və Ermənistandan olan nazirlər bir araya gəlirlər

Maraqlıdır ki, görüş Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Bratislavada keçiriləcək görüşündən əvvəl baş tutub.

Məlumata əsasən, Yerevanda baş tutan görüş zamanı Ermənistan Baş naziri Xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son durumu müzakirə ediblər.

Bundan əlavə, Bratislavada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri sammiti çərçivəsində baş tutacaq görüşlər və tədbirlər keçiriləcək.

Qeyd edək ki, bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş olacaq.