Mənim uşağımı qaytarın – Ermənistanda ölən hərbçinin qohumları etiraza qalxdı

“Mən övladımı kimin öldürdüyünü bilmək istəyirəm. 20 il ərzində onun atası, qohumları olmayıb. Mənim başqa uşağım yoxdur, mənim uşağımı geri qaytarın”
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində həlak olan hərbçi Artur Acamyanın qohumları Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirir. Sputnik Ermənistan xəbər verir ki, hərbçinin qohumları onun ölümündə günahkar olanların cəzalandırılmasını tələb edib.

Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralı var

Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində naməlum şəkildə baş verən atışma zamanı bir erməni əsgər ölüb, digər isə yaralanıb. Məlumata əsasən, hadisə bazar ertəsi səhər saat 06:50 radələrində baş verib.

Hadisə nəticəsində Ermənistan ordusunun hərbçisi - 21 yaşlı Artur Adcamyan ölüb, 20 yaşlı David Melikbekyan isə yaralanıb.

Faktla bağlı araşdırmalar başlayıb.

"Mən övladımı kimin öldürdüyünü bilmək istəyirəm. 20 il ərzində onun atası, qohumları olmayıb. Mənim başqa uşağım yoxdur, mənim uşağımı geri qaytarın", - deyə həlak olan hərbçinin anası bildirib.

O, qeyd edib ki, dekabrın 1-i oğlu ilə danışıb və oğlu bildirib ki, hər şey qaydasındadır. Lakin oğlu öz ad günü anasına zəng etməyib.

Ölən hərbçilərin qohumları parlamentin ərazisinə daxil olmağa çalışıb, lakin onların qarşısını polis əməkdaşları alıb. Bundan sonra onlar Parlamentin Təhlükəsizlik və Müdafiə üzrə daimi komitəsinin rəhbəri Andranik Koçaryanla görüş tələb edirlər.

Onlar, həmçinin bildiriblər ki, əgər Acamyan düşmən gülləsindən ölsə idi, onlar parlamentə gəlməzdilər.

Yezidi kürdlərdən olan deputat Rustam Bakoyan (ölən hərbçi milliyyətcə yezidi-kürd) hərbçinin qohumları ilə görüşüb və bildirib ki, parlamentarilər işin gedişini izləyə bilər, lakin işə müdaxilə edə bilməzlər.

Çağırışçı Ermənistan ordusu əvəzinə həbsxananı seçdi

Ölən şəxsin əmisi Camal bildirib ki, bütün zabitlər ölüm barədə bilirlər. Lakin onların bunu sui-qəsd adı ilə gizlətmək cəhdlərinə heyrətlənir. Ölən hərbçinin qohumları hesab edir ki, insidentdə 3-cü şəxs olub.

Daha sonra Parlamentin Təhlükəsizlik və Müdafiə üzrə daimi komitəsinin rəhbəri Andranik Koçaryan etirazçılarla görüşüb: "Onun rəhbərlik etdiyi komissiya həqiqətin üzə çıxarılmasına nail olacaq: "Bizim məqsədimiz orduda qətlləri, sui-qəsdləri aradan qaldırmaqdır".

Daha sonra ölən hərbçilərin qohumları ilə Ermənistan hərbi komissarın səlahiyyətlərini icra edən Armen Avtandilyan görüşüb və əsgərin anasını, əmisini və babasını söhbət üçün parlamentə dəvət edib.